16 Sentyabr 2024 22:54

Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək

Azadsöz.az xəbər verir ki, Azərbaycanın ikinci böyük şəhəri – Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək.

Bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib.

O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir.

“Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. 2025-ci ildə III MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, – deyə Mariana Vasileva bildirib.