Elm və Təhsil Nazirliyinin  məlumatına görə, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısıelan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.

Əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.