Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.
Azadsöz.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
İlqar Səfərov bildirib ki: “Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”
1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerinin fotoları təqdim olunub.
Uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkezoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçaturyanın beynəlxalq axtarışa verildiyini bildirib.