16 Sentyabr 2024 23:13

Bakıda “Özbəkistan Mədəniyyəti Günləri” keçiriləcək

Avqustun 1-4-də Bakıda “Özbəkistan Mədəniyyəti Günləri” keçiriləcək.

Azadsöz.az xəbər verir ki,  avqustun 2-də “Özbəkistan Mədəniyyəti Günləri” çərçivəsində Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət nazirlərinin “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” (“Otgan kunlar”) əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi barədə razılıq Prezident İlham Əliyevin ötən il Özbəkistana dövlət səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə görüşündə əldə olunub.