30 Noyabr 2024 16:38

“Kaş türk olaydım” – Tanınmış erməni fəal

Azadsöz.az xəbər verir ki, tanınmış erməni fəal və bloqer İşxan Verdyan Ermənistan ictimaiyyətinin azərbaycanlılara qarşı soyqırımı törətmiş Vaqif Xaçatryanın saxlanılmasına göstərdiyi isterik reaksiyaya münasibət bildirib.

İşxan Verdyan fikirlərini özünün “Telegram” kanalında qeyd edib ki, Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasını “oğurluq” kimi təqdim etmək Ermənistan ictimaiyyətinin Bakının legitim addımlarını qəbul etmək istəməməsindən irəli gəlir.

“Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı mövcuddur və əgər bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq. Şiddətli kin və reallıq hissini itirilməsi… Sual yaranır: Niyə azərbaycanlıların belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh bağlamaq istəsinlər ki? Niyə öz ölkəsində onlara dözməlidirlər ki? Hansı xidmətlərinə görə? Özümdən iyrənirəm. Hansı xalqın nümayəndəsi olduğumu düşünəndə özümə nifrət edirəm. Kaş türk olaydım, bir qıraqda oturub bu mənzərəyə güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm”, – deyə İşxan Verdyan bildirib.

Qeyd edək ki, iyulun 29-da 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə birlikdə soyqırımı törədənlərdən biri Vaqif Çerkezoviç Xaçatryan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul