29 Noyabr 2024 23:31

Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib

Azadsöz.az xəbər verir ki, iyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu, Tovuz rayonunun Dondar Quşçu kənd sakini  Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

Bu barədə  Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunub ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Qeyd  edək ki, o, doğulduğu kənddə dəfn olunacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul