16 Sentyabr 2024 23:13

İlham Əliyev BƏƏ Prezidentinə başsağlığı verib

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana başsağlığı verib.

Başsağlığında deyilir:

“Əlahəzrət,

Qardaşınız – Əbu-Dabi Əmirinin Nümayəndəsi Şeyx Səid bin Zayed Al Nəhyanın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”