16 Sentyabr 2024 22:53

Roberto Karlos Arda Gülər barədə paylaşım etdi

Azadsöz.az xəbər verir ki, “Real Madrid”in əfsanəvi futbolçularından olan Roberto Karlos Arda Gülər ​​barədə maraqlı paylaşım edib.

O, A. Gülərlə fotosunu sosial şəbəkə hesabında paylaşaraq “Ən yaxşı kluba xoş gəldiniz” şərhini yazıb.

Xatırladaq ki, Türkiyə millisinin və “Fənərbaxça”nın gənc ulduzu Arda Gülər rəsmən Madrid “Real”ına transfer olunub. İspanlar digər nəhənglərlə apardıqları mübarizədə qalib gələrək 18 yaşlı vinger üçün 20 milyon avro ödəyiblər. 

Qeyd edək ki, R. Karlos bir müddət qısa müddət “Fənərbaxça”nın formasını geyinib. O, məşqçilik karyerasında isə Super Liqa komandalarından ikisi “Sivasspor” və “Akhisarspor”u çalışdırıb.