16 Sentyabr 2024 22:56

Azərbaycan klubu ispaniyalı futbolçunu transfer edib

Azadsöz.az xəbər verir ki, “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Tovuz təmsilçisi İspaniyanın “Sportinq Xixon” komandasının yetirməsi olan yarımmüdafiəçi Alexandro Qarsiya Serranonu transfer edib.

28 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serrano karyerası ərzində “Malyorka”, “Selta”, “Salamanka”, “Kornelya”, “Qurnik” (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi “Hebar”ın şərəfini qoruyub.