17 May 2024 08:03

Heydər Əliyevin şahmatın inkişafındakı xidmətləri ilə bağlı film hazırlandı

Azadsöz.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin ölkə şahmatının inkişafındakı xidmətləri ilə bağlı film hazırlanıb.

Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, sənədli film ulu öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində çəkilib.

“SƏRƏNCAM № 42” adlı filmdə ümummilli lider Heydər Əliyevin ölkə şahmatının inkişafındakı misilsiz xidmətlərindən danışılır.