20 Sentyabr 2024 01:26

Şirvanda zavodda partlayış nəticəsində xəsarət alan qadının son durumu açıqlandı – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində yaralanan şəxsin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

13:14

Azadsöz.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

12:47

Azadsöz.az xəbər verir ki,  Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Mehman Həsən oğlu Əhmədovdur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Səbinə Elyas qızı Şəkərova olduğu bildirilir.

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə bu gün saat 12 radələrində nazirliyin “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.


12:35

Azadsöz.az xəbər verir ki,  Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com