20 Sentyabr 2024 01:57

Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır

Azadsöz.az xəbər verir ki, Elm və təhsil nazirinin 4 müavini olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş nazirliyin əsasnaməsində öz əksini tapıb.

Yeni əsasnamədə qeyd olunub ki, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini var.

Bildirilib ki, nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda Elm və təhsil nazirinin 3 müavini var.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com