19 Sentyabr 2024 20:37

“Aztelekom” Laçında GPON texnologiyasının tətbiq olunması üçün şəbəkə quraşdırıb

Azadsöz.az xəbər verir ki,  “Aztelekom” MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb.

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com