Azadsöz.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar əhalinin çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
Bu barədə DİN-inin Mətbuat xidmətindən bildirilib.
İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.
Respublikanın bütün turizm zonalarına – çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.