29 Noyabr 2024 22:42

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilir

Azadsöz.az xəbər verir ki, Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilir.

Konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin əməkdaşları və digər media nümayəndələri iştirak edirlər.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, builki konfrans həm də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. O, çıxışı zamanı Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Rəşad Məcid həmçinin Azərbaycan mediasının keçdiyi bugünkü inkişaf yolundan bəhs edib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media haqqında” qanunun qəbulundan sonra görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın bütün ciddi media qurumları artıq öz məlumatlarını Media Reyestrinə daxil edib və bu proses şişli escort yekunlaşıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə qeyd edib ki, XIX əsrdə “Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı, XXI əsrdə də öz missiyasını uğurla davam etdirir: “Bu missiya ilk növbədə maarifçilikdir, vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub”.

O əlavə edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb.

“Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistemli hala gəlib”, – Şura sədri qeyd edib.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova deyib ki, “Media haqqında” qanunda ilk dəfə media savadlılığı öz əksini tapıb. O bildirib ki, bu istiqamətdə Agentlik xarici təcrübənin öyrənilməsinə və əməkdaşlığa davam edir:

“Məsələn, Türkiyədə media savadlılığı ilə bağlı vəziyyət fərqlidir. Orada ibtidai təhsildə media savadlılığı öyrədilir. Bunun tədrisə salınmasında heç bir çap resursu hazılanmayıb. Məqsəd uşaqlara nəyisə əzbərlətmək yox, onları ümumi vəziyyətlə tanış etmək, müəyyən vərdişləri aşılamaq olub. Biz də media subyektləri və jurnalistlər üçün media savadlılığı mövzusunda davamlı olaraq təlimlər təşkil edirik. Eyni zamanda, müxtəlif kateqoriyadan olan şəxslərlə media savadlılığı ilə bağlı konfranslar keçirir və cəmiyyətin media savadlılığının artılmasına çalışırıq”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul