16 Sentyabr 2024 22:49

“Qalatasaray”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Azadsöz.az  xəbər  verir  ki, Türkiyənin “Qalatasaray” klubunun UEFA Çempionlar Liqasındakı ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Məlumata görə, Türkiyə çempionu Vilnüsün “Jelqiris” komandası ilə qarşılaşacaq.

Belə ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə Litva komandası səfərdə Makedoniyanın “Struqa” kollektivinə 2:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

Bildirilir ki, “Qalatasaray” “Jelqiris”lə ilk oyununu 25 və ya 26 iyulda 5000 tamaşaçı tutumlu, süni örtüklü LFF Stadionunda keçirəcək.

Cavab oyunu isə avqustun 1-2-də İstanbuldakı “Rams Global Stadium”da baş tutacaq.