29 Noyabr 2024 20:41

Üç quruma yeni səlahiyyət verilib

Azadsöz.az xəbər verir ki,  “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Qanuna əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur.

Sənədə görə, Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul