Azadsöz.az xəbər verir ki, Bakıda 10-15 günlük körpə küçəyə atılıb.Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarında əks olunub.
***
saat – 09:09
Azadsöz.az xəbər verir ki, Bakıda 10-15 günlük körpə küçəyə atılıb.İyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.
Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.