Azadsöz.az xəbər verir ki, Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.
Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.
Qeyd edək ki, bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.