Azadsöz.az xəbər verir ki, Böyük Britaniya Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova və “Artek” Beynəlxalq Uşaq Mərkəzini sanksiya siyahısına daxil edib.
Məlumata görə, daha 11 nəfərə qarşı sanksiya tətbiq edilib.
Sanksiyalara aktivlərin dondurulması və vəkalət xidmətlərin göstərilməsinin qadağan edilməsi daxildir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak may ayında Londonun artıq Rusiyada 1,5 mindən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etdiyini bildirib.