29 Noyabr 2024 20:29

Ərdoğan Səudiyyə Ərəbistanına GETDİ

Azadsöz.az  xəbər  verir  ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli təmaslar çərçivəsində danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib.

Ərdoğanı hava limanında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud, Ciddə bələdiyyə sədri Saleh Əl-Türki və Məkkə polis rəisi Saleh Əl-Cəbri qarşılayıb. Qəbulda həmçinin Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Yəmən səfiri Mustafa Pulat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Nümayəndəsi səfiri Mehmet Metin Eker, Ciddə Baş Konsulu Mete Zaimoğlu, İƏT baş katibinin müavini Musa Kulakaya və Anıl Çelik, Silahlı Qüvvələr Baş Ataşesi Oktay Kayhanlı iştirak edib.

Prezident Ərdoğan Ciddə təmasları çərçivəsində ilk dəfə Türkiyə-Səudiyyə Ərəbistanı İş Forumunda iştirak edəcək. Əl Salam sarayında rəsmi mərasimlə qarşılanacaq prezident Ərdoğan daha sonra ikitərəfli  görüşlər keçirəcək. Türkiyə lideri daha sonra təşkil olunacaq rəsmi şam yeməyinə qatılacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul