20 Sentyabr 2024 08:09

Göyçay Rayon İcra Hakimiyyəti zəbtdən azad olunmuş torpaqların növbəti siyahısını təqdim EDİB-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Göyçay rayonunda zəbt olunmuş torpaqlarla bağlı qanunamüvafiq tədbirlər görülür.Torpaqlardan, xüsusən də, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir.

Torpaqlardan istifadəyə və mühafizəyə nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət orqanlarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin öhdəsinə müəyyən vəzifələr düşür. Nəzarətin gücləndirilməsi həm torpaqlardan səmərəli istifadə edilməsinə, həm də torpaq sahəsin ehtiyacı olan şəxsəri torpaqla təmin edilməsinə şərait yaradır.

Məqsəd torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.

T
əəssüf ki, torpaqlardan istifadə ilə aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Bəzən vətəndaşlar qanunvericiliyi ya bilərəkdən pozur, ya da onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.

Qeyd etməliyik ki, torpaq sahəsi ayrılması barədə rayon sakinləri, o cümlədən, vətən müharibəsi iştirakçıları, müharibə əlilləri və şəhid ailələri mütəmadi olaraq rayon icra hakimiyyətinə və bələdiyyələrə yazılı və şifahi müraciətlər edir. Lakin bələdiyyə mülkiyyətində olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bəzi vətəndaşlar tərəfindən özbaşına tutulması, zəbt olunması sakinlərin torpaq sahəsi ilə təmin olunmasında çətinliklər yaradır.

Hazırda rayonumuzda torpaqlardan istifadəyə nəzarət gücləndirilmiş, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq Göyçay rayonunda bələdiyyələr tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi işləri aparılır.

Zəbt edilmiş torpaqlarla bağlı rayonun bütün kəndlərində bələdiyyələr, rayon icra hakimiyyəti, rayon Polis Şöbəsi tərəfindən monitorinqlər və maarifləndirici söhbətlər aparılıb.

Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində 82 nəfər rayon sakini tərəfindən 270 hektardan çox zəbt olunmuş torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır. O cümlədən, bələdiyyələrin rayon Polis şöbəsinə etdikləri müraciət əsasında rayonun 10 kəndində 20 nəfər vətəndaşla aparılmış izahedici və profilaktiki işlər nəticəsində, onlar tərəfindən zəbt edilmiş torpaq sahələri bələdiyyə mülkiyətinə verilməsi təmin edilmişdir.

Fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz istifadə edilən və ya zəbt edilən torpaq sahələrini dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Zəbtdən azad olunan torpaq sahələrinin siyahısı əlavə edilir:

Bir yazı görseli olabilir

Bir yazı görseli olabilir
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com