20 Sentyabr 2024 07:41

Xocalıdan Avropaya uzanan SOYQIRIM – Oxşar ssenari, fərqli REAKSİYA

Hər zaman beynəlxalq ədalət məhkəməsinin, insan haqları institutlarının irqi-irsi ayrı-seçkiliyə hesablanmış qlobal cinayət proseslərinə susması hadisələrin məcrasını daha da genişləndirib, anoloji əməllərin digər coğrafiyalara sıçramasına gətirib çıxarıb. Bu proses bilavasitə dəhşətli qətliam törədən tərəflərin cəzasızlıq sindromundan qaynaqlanan bir məsələdir.

Azadsöz.az  xəbər  verir  ki,  buna ən bariz nümunəyə 30 il əvvəl bütün dünya şahidlik etdi. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırıma bu günə qədər beynəlxalq instansiyalar ədalətli qiymət vermir və bu dəhşətli qətliamda əli günahsız insanların qanına bulaşan erməni canilərinin bir çoxu hələ də azadlqıda rahat gəzir.

Təəssüflər olsun ki, Xocalıda dəhşətli qırğın (Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), faktiki soyqırım törədiləndə, erməni barbarlardan qurtulmaq üçün yola çıxmış dinc əhali misli görünməmiş amansızlıqla qətlə yetiriləndə Qərb susdu. Məhz Qərbin bu susqunluğu 3 il sonra Avropanın mərkəzində növbəti soyqırımı hadisəsini qaçılmaz merter escort etdi.

1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə soyqırım aktı həyata keçirildi.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədildi. Eyni ilə Xocalıda olduğu kimi Srebrenitsa soyqırımı zamanı da qadın və uşaqlar xüsusi amansızlıqla qətlə yetirildi. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər.

Hər iki soyqrım əvvəlki ittifaqın parçalanmasından sonrakı ilk dövrü əhatə edir. Əgər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən SSRİ dağıldıqdan sonra Ermənistanda saxladığı Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dəhşətli soyqrım baş verdisə, Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması ilə 3 il sonra Srebrenitsada bu qanlı olay yaşandı.

Srebrenitsa ilə Xocalı soyqrımının bənzər cəhətlərindən biri isə humanitar dəhliz adı ilə insanların yönəldildiyi istiqamətdə pusqu qurularaq dinc, əliyalın insanlara divan tutulması olub.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliam kimi tarixə köçdü. Amma bunun ilk siqnalları hələ 3 il əvvəl Xocalıdan duyulurdu. Bu soyqırım Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktı kimi tarixə köçsə də, təəssüflər olsun ki, Qərbin, beynəxalq təsisatların ikili standartları Xocalının da soyqrımı aktı kiimi tanınmasına mane oldu.

Halbuki Xocalı soyqırımı ilə bağlı Azərbaycanın əlində kifayət qədər xeyli sayda video-foto materiallr r günü bu günə kimi mövcuddur. Lakin Azərbaycanın harayına səssiz qalmağı vərdiş halına gətirən Qərb, demək olar ki, bu davranışına elə həmin erməni faşizminin dəhşətli qətliamı ilə start verdi. Üzərindən 31 il keçsə də Qərbin Xocalı ilə bağlı lal-kor vəziyyətində zərrə qədər də dəyişiklik nəzərə çarpmır.

Halbuki Srebrenisadakı soyqrımın baş verməsinin ən böuyük səbəbi elə Xocalıdakı qətliamla bağlı ədalətli qərarın verilməməsi oldu. Lakin Xocalıdan fərqli olaraq BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Srebrenisadakı məşumiyyəti soyqırım kimi rəsmən tanıdı. Və məhz bu şəhərdə törədilən cinayət NATO-nun Serbiyaya qarşı hərbi əməliyyatlara başlamasına səbəb oldu.

Xocalı soyqırımından sonra Ermənistanın da Serbiya kimi genişmiqyaslı NATO hərbi əməliyyatları ilə üz-üzə qalması bir yana – İrəvana gözün üstə qaşın var deyən olmadı. Ermənistanın Azərbaycana qarşı barbarlığı bununla da hər ötən gün daha da böyüdü, bu cinayət əməllərinə doğru qiymətin verilməməsi Azərbaycanın 20%-dən çox ərazisinin 30 il işğalda qalmasına, bölgədə nahaq qan axıdlmasına gətirib çıxardı.

Təəssüflər olsun ki, Qərb, xüsusilə də NATO və Avropa İttifaqı unutdu Ermənistanın qanunsuz əməllərini vecə almadı, nəticədə 3 il əvvəl 44 günlük müharibə ilə Azərbaycan Ordusu beynəlxaq ədaləti bərpa etdi, bəzi Xocalı qatillərini elə İkinci Qarabağ müharibəsi zamanı məhv edərək, soyqırım qurbanlarının qisasını almış oldu.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com