Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev C.Ə.Feyziyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilsin.