30 Noyabr 2024 01:01

İnkişaf və qüdrətin təntənəsi

Məlum olduğu kimi Iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək bir sıra mühüm məqamlara toxundu, vacib fikirlər səsləndirdi, qarşıda duran vəzifələri açıqladı, eyni zamanda çox ciddi mesajlar verdi. Prezident İlham Əliyevin çıxışında yer alan əsas mövzular hər zaman olduğu kimi ölkəmizin sosial-iqtisadi inkişafı, ordu qurulucuğu, böyük qayıdış prosesinin davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər kimi xüsusi strateji əhəmiyyətli məsələlərlə bərabər enerji sektorunda baş verən yeniliklərlə bağlı oldu. Əlbəttə ki, ölkə başçısı çıxışında son günlərdə ölkə daxilində baş vermiş bəzi hadisələrə də münasibət bildirdi.
“Biz bilirik ki, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Elə bu yaxınlarda Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələri də öz təbii məqsədlərindən çıxarıb bundan istifadə etməyə başladılar. Azərbaycan polisinin asayişi qorumaq vəzifəsini yerinə yetirməsini polisimizə qarşı qarayaxma kampaniyasına çevirmək istədilər. Ancaq bunların heç biri baş tutmadı.”deyən ölkə başçısı hadisənin təbii səbəblərini açıqladı, istənilən xarici şirkətin ölkəmizə investisiya qoymasının və iş yerlərinin yaradılmasının mübət hal olduğunu qeyd etməklə yanaşı, təbiətimizə ziyan vurulmasının yolverilməz olduğunu sərt şəkildə ifadə etdi. Bu məsələdə də vətəndaşın maraqlarını üstün tutan dövlət başçısı örüş və otlaq sahələrinin zəbt edilməsini, heç kimdən icazə almadan ikinci tullantı gölünün yaradılmasının qəbuledilməz olduğunu bildirdi. Bununla bərabər vətəndaşların da etirazı qanun çərçivəsində olmalıdır. Söyüdlü hadisəsinin dövlətimizə qarşı yönəltmək istəyən qüvvələrə sərt mesaj ünvanlayan ölkə başçısı kiminsə nazı ilə oynanılmayacağını və günahkarların cəzalandırılacağını da qeyd etdi.
Prezident İlham Əliyev xarici siyasət məsələləri, ölkəmizin beynəlxalq arenada tutduğu mövqe ilə bağlı fikirlərini də müşavirədə çıxışı zamanı bir daha açıq şəkildə ifadə etdi. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyini, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamağın lüzumsuzluğunu qeyd edən ölkə başçısı Azərbaycan dövlətinin hər zaman sülhün və ədalətin tərəfdarı olduğunu bildirdi. Cənab prezident çıxışında eyni zamanda şər qüvvələrə də yerini göstərərək xaos və zəif idarəçilik dönəminin 1993-cü ildə ölkəmizdə başa çatdığı mesajını verdi və bu gün Aərbaycan Respublikasının həm daxili, həm də xarici siyasəti ilə hər kəsin hesablaşmalı olduğu gücə çevrildiyini bildirdi.
Azərbaycan Prezidenti çıxışında maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşdığını, bunun isə həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Ölkə başçısı qeyd edib ki, vergi-gömrük sahələrində aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib.
Beləliklə, İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə dövlətimizin inkişaf və qüdrətinin daha bir təntənəsi kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatıın əməkdaşı Çingiz İbrahimov

Ankara escort İstanbul Travesti Shemale İstanbul