16 Sentyabr 2024 22:48

Lənkəranda polis yol qəzasında həyatını itirdi

Azadsöz.az xəbər verir ki,  iyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.