Azadsöz.az xəbər verir ki, Bakıda Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş yerində intihar edib.
Hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən Binə Hidrometeorologiya Stansiyasında baş verib.
Həmin stansiyada meteorologiya texniki vəzifəsində çalışan 1986-cı il təvəllüdlü Elşən Salmanov iş otağında özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini iş yoldaşları aşkar edərək aidiyyəti üzrə məlumat veriblər.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.