Azadsöz.az xəbər verir ki, Göyçay şəhəri Əli Kərim adına mədəniyyət və istirahət parkında şəhərsalma və tikinti qanunvericiliyinə riayət edilmədən, müvafiq icazə prosedurları həyata keçirilmədən özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilibdir.
14 iyul 2023-cü il tarixdə rayon ərazisində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə aşkar olunmuş qanunsuz tikinti işləri ilə bağlı rayon icra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Aran Regional nümayəndəsi ilə birgə dərhal araşdırma aparılmış və sözügedən ərazidə vətəndaşlar tərəfindən inşasına başlanılmış qanunsuz tikilinin sökülməsi təmin edilibdir.
Tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırırıq.