16 Sentyabr 2024 23:36

NASA göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb (FOTO)

Azadsöz.az xəbər verir ki, ötən il orbitə çıxarılan nəhəng “James Webb” rəsədxanasının ilk görüntüləri paylaşılmışdı.

Bu hadisənin ildönümündə ABŞ-ın Kosmik Agentliyi (NASA) göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb.

Söhbət Yerdən 400 işıq ili uzaqlıqda olan “Rho Ophiuchi” adlı bulud topasından gedir.

Belə ki, həvəskar, həm də peşəkar astronomlar “Südyolu” qalaktikasının yanında işıldayan “Rho Ophiuchi”ni izləyə bilər.

 

 

NASA göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb (FOTO)