16 Sentyabr 2024 23:04

Dünya məktəbinin şagirdi 2-ci yeri qazanıb

Azadsöz.az xəbər verir ki,  Dünya məktəbinin şagirdi Nicat Tağızadə Avropa Azərbaycan məktəbinin təşkil etdiyi “Science Fair” yarışmasında 2-ci yeri qazanıb.

Yarışmadan hədiyyə olaraq əldə etdiyi tableti isə Damla İctimai birliyində qeydiyyatda olan ata himayəsindən məhrum 13 yaşlı Davuda hədiyyə edib.

Həmçinin 13 yaşlı Davuda məktəbli çantası və məktəb ləvazimatları da təqdim edilib. Gənc nəslin yardımsevərliyi bizi çox sevindirir