27 Noyabr 2024 04:33

DSX-nin əsgəri silahdan açılmış atəşdən öldü

Azadsöz.az xəbər verir ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində vəfat edib.

DSX-nin məlumatına  görə,  faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul