Azadsöz.az xəbər verir ki, bu gün Vilnüsdə NATO Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Britaniya Baş naziri Rişi Sunak arasında görüş baş tutub.
Britaniya baş naziri Türkiyənin İsveçin NATO-ya üzvlüyünə verdiyi dəstəyini yüksək qiymətləndirib və Ərdoğana buna görə təşəkkür edib.
Bundan başqa, dövlət başçıları aralarında kəşfiyyat məlumatlarının mübadiləsini və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Ərdoğan Baş nazirlə Qara dəniz taxıl sazişinin uzadılmasını təmin etməyin vacibliyi barədə də ortaq məxrəcə gəliblər.
Xatırladaq ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.