16 Sentyabr 2024 23:00

Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinə-YENİ TƏYİNAT

Azadsöz.az xəbər verir ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisinin müavini vəzifəsinə təyinat olub.

Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifəyə Samux rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmış Rəşad Qarayev təyin edilib.

Xatırladaq ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsi isə İntiqam Hüseynova həvalə edilib.