Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.
Qurumdan bildirilib ki, imtahan iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək.
İmtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (“8 Noyabr” metro stansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.
Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.