16 Sentyabr 2024 23:01

Göyçayın bu məktəblərində cari təmir işlərinə başlanılıb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayonun 6 müəssisəsində cari təmir işlərinə başlanılıb.

Hazırda rayonun Bığır kənd 1 nömrəli, Mırtı, Qaraxıdır kənd tam orta, Çayarxı, Cəyirli və Yalman kənd ümumi orta məktəblərinin dam örtüklərinin cari təmiri işlərinə başlanılıbdır.

Təmir işlərinin növbəti tədris ilinədək yekunlaşdırılması planlaşdırılır. Bundan əlavə şəhər 6 nömrəli və Bığır kənd 3 nömrəli tam orta məktəblərinin əsaslı təmiri işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, ötən dövr ərzində rayonun Ləkçılpaq kənd 1 nömrəli tam orta, Çaxırlı kənd tam orta məktəbinin və Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmir işləri başa çatdırılıbdır.