16 Sentyabr 2024 23:17

Füzulidə ANAMA-nın əməkdaşları QƏZAYA DÜŞDÜ

Azadsöz.az xəbər verir ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.