27 İyul 2024 03:35

Göyçayda piyada səkiləri YENİLƏNİR-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay şəhərinin küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işləri aparılır.

Belə ki, iyulun 3-də abadlıq işləri çərçivəsində şəhərin 28 may küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsinə başlanıbdır.

Qeyd edək ki, bu günədək şəhərin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Füzuli, M.Muradov və R.Rza küçələrində piyada səkilərinin yenidən qurulması işləri tamamlanmışdır.
Xatırladaq ki, işlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılır.