30 Noyabr 2024 07:36

Tədris dilindən ən aşağı nəticə göstərən bölgələr AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, regionlar üzrə 9-cu sinif şagirdləri arasında tədris dili fənnindən ən yaxşı nəticələr Sumqayıt (55.1), Bakı (54.6), Mingəçevir (54.0) şəhərlərinin, Abşeron (53.6), Oğuz (53.5) rayonlarının, riyaziyyat fənnindən Sumqayıt (38.7), Naxçıvan (36.9) şəhərlərinin, Şahbuz (36.1), Culfa (35.9) rayonlarının, xarici dil fənnindən isə Bakı (39.0), Sumqayıt (38.5), Naxçıvan (38.3), Mingəçevir (38.1) şəhərlərinin şagirdlərinə məxsusdur.

Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, tədris dili fənni üzrə ən aşağı nəticələri Gədəbəy (33.1), Sabirabad (31.9), Daşkəsən (30.4) rayonlarının, riyaziyyat fənni üzrə Zərdab (21.4), Ucar (21.3), Ağcabədi (21.2) və Saatlı (21.1) rayonlarının, xarici dilfənni üzrə isə Qobustan (21.8), Sabirabad (21.4), Cəlilabad (21.1) və İmişli (21.0) rayonlarının şagirdləri göstəriblər.

11-ci sinif şagirdləri arasında tədris dili fənni üzrə ən yaxşı göstəricilər Abşeron rayonunun (60.3), Mingəçevir (57.0), Naxçıvan (54.0) şəhərlərinin, Ordubad rayonunun (53.3), Bakı şəhərinin (53.0), riyaziyyat fənni üzrə Culfa rayonunun (39.8), Naxçıvan şəhərinin (37.6), Ordubad rayonunun (36.2), xarici dil fənni üzrə Naxçıvan (46.7), Bakı (44.7), Sumqayıt (43.9) şəhərlərinin, Qubadlı (41.7), Abşeron (41.0) rayonlarının şagirdlərinə məxsusdur. Tədris dili fənni üzrə ən aşağı göstərici Beyləqan (32.6), Saatlı (32.6), Cəlilabad (32.3), Kürdəmir (31.9) rayonlarının, riyaziyyat fənni üzrə Beyləqan (20.5), Şabran (20.5), Yevlax (19.8) rayonlarının, xarici dil fənni üzrə Lerik (23.4), Ağsu (23.1), Yardımlı (22.4) rayonlarının şagirdlərinə aiddir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul