30 Noyabr 2024 11:23

Tacikistanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Azadsöz.az xəbər verir ki, Tacikistanın xarici işlər nazirinin müavini Sodik İmomi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Bundan başqa, Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Hotam Qurbonov da Azərbaycana səfər edəcək.

Tədbir 5-6 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Baxmyaraq ki, ölkənin təşkilata sədrlik müddəti pandemiyanın qızğın çağına təsadüf etdi, rəsmi Bakı öz sədrlik missiyasını uğurla yerinə yetirdi və daha 1 il hərəkata sədrlik etmək hüququ əldə etdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul