16 Sentyabr 2024 23:39

Daşkəsənin icra başçısı sakinlərlə görüşə atla getdi -FOTO

Azadsöz.az xəbər verir ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşmək üçün avtomobilin hərəkət edə bilmədiyi əraziyə atla gedib.

Güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurmuş, dağıntılar əmələ gətirib.

Ə.Abıyev kənd sakinlərilə görüşərək onların problemlərilə maraqlanıb.