Azadsöz.az xəbər verir ki, sel xarakterli yağışla müşayət olunan güclü külək Mingəçevirdə fəsadlara yol açıb.
Külək və sel şəhərin bütün istiqamətlərində özünü çoxsaylı fəsadlarla biruzə verib. İri ağaclar tam və ya qismən qoparaq yollara aşıb.
Bu zaman ağaclar yolları bağlayaraq nəqliyyatın hərəkətinə maneə olub. Qırılan ağaclar Mingəçevirdə Mərkəzi Xəstəxananın həyətində minik maşınının , Füzuli küçəsində isə qadının başına aşıb, Sahil küçəsində isə dəmir hasarı da aşıraraq avtomobil yolunu bağlayıb. Əksər istiqamətlərə elektrik verilişinin ötürülməsində fasilələr yaranıb.
Eyni zamanda sel xarakterli yağış küçələri basaraq keçilməz edib, fərdi təsırrüfatlara dolaraq oraları yararsız edib. Aidiyyati təsərrüfat qurumları vəziyyəti bərpa etmək üçün dərhal hərəkətə keçib.