Azadsöz.az xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Cahangir Həsənov işdən çıxarılıb.
Bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov idi. O, bir müddət əvvəl işdən çıxarılmış və vəzifəsinin icrası müvəqqəti olaraq Cahangir Həsənova həvalə edilmişdi.