Azadsöz.az xəbər verir ki, 01 iyul 2023-cü il tarixdə Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyiin 8 saylı Regional idarəsinin, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları, Göyçay bələdiyyəsinin üzvləri və bir qrub iştirak edib.
Aksiya zamanı xüsusi texnika cəlb olunaraq Göyçay çayının sahili kol-kosdan, daş və digər tullantı parçalarından, plastik qablardan, polietilen torbalardan və məişət tullantılarından təmizlənib, torbalara yığılaraq təmizlik maşını vasitəsilə ərazidə daşınıb.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Xüsusi müxbir: Gülşən Muradova
Müxbir:Zəka Nağıyev