Azadsöz.az xəbər verir ki, gecə saatlarından başlayaraq Göyçaya yağan intensiv yağış nəticəsində içməli suyun verilişində fasilə yaranıb.
Belə ki, Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin rayonun Potu kəndi ərazisində yerləşən su anbarından paylayıcı elektik şəbəkəsi tərəfindən həm əhaliyə, həm də Göyçay şəhərini içməli su ilə təmin edən artezianlara verilən elektrik enerjisi kəsilib.
Yaranmış problemin aradan qaldırılması üçün əraziyə canlı qüvvə cəlb olunub. Təxirəsalınmaz tədbirlər görülərək suyun verilişinin bərpa edilməsinə çalışılır.
Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin rəhbəri Sultan Mahmudov Azadsöz.az-a açıqlamasında bildirib ki, günün ikinci yarısında suyun verilişi təmin ediləcək.