Azadsöz.az xəbər verir ki, Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Hambardzum Hakobyana qalib gəlib.
Məlumata görə, 21 yaşlı idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisini üstələyib.
M.Allahverdiyev yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.