29 Noyabr 2024 23:37

“Qalib Azərbaycan Ordusu daha da güclənir”-Prezident

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Dövlət Bayrağını təqdim edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunub.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Azərbaycan prezidenti, Ali Baş Komandan çox mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Dövlət başçısı möhtəşəm tarixi qələbənin qazanılmasından, zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlığından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və bir sıra mühüm məsələlərdən bəhs edib.

Dövlətimizin başçısı bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açılmasının çox əlamətdar hadisə olduğunu qeyd edib və bildirib ki, müharibədən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində komando qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. “Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq” – deyə qeyd edib.

İkinci Qarabağ müharibəsi dövründə Xüsusi Təyinatlı Qüvvələrin qəhrəmanlığından bəhs edən Ali Baş Komandan bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu olduğunu məxsusi olaraq vurğulayıb.

Ordu quruculuğu prosesinin hazırda daha geniş vüsət aldığını bildirən ölkə başçısı bu istiqamətdə əlavə addımların atıldığını və buna böyük ehtiyac olduğunu qeyd edib: “Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.

Prezident İlham Əliyev ordumuzun daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu və buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşməsi prosesi gedir və proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biri olduğunu vurğulayıb.

Çıxışı əsnasında tarixi qələbəmizdən bəhs edən ölkə başçısı Vətən müharibəsinin şanlı Zəfərimiz olduğunu danılmaz həqiqət olaraq qeyd edib. Bu gün Azərbaycan ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.

Prezident çıxışında ordumuzun yaxın gələcəkdə yeni yüksək səviyyəyə qalxacağını da vurğuladı. Dövlətimizin başçısının bu sözləri onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə Azərbaycan ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq. Ordumuzun tarixi yüksəlişi davam edəcək.

Bu gün Azərbaycanın bölgədə söz sahibi olduğunu qeyd edən ölkə başçısı şanlı Zəfərimizin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirilməsindən bəhs edib. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır.

Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunaraq bunun bizim haqlı tələbimiz olduğunu bildirib. Ermənistan 2020-ci ilin noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq – deyən dövlətimizin başçısı qeyd edib ki, “Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Bütün bunlar qalib liderimiz, Azərbaycan prezidenti, Ali Baş Komandanımızın eyni zamanda 20 illik prezidentlik fəaliyyəti dövründə bütün vədlərinə əməlləri ilə sadiqliyinin bir daha təsdiqidir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul