16 Sentyabr 2024 23:33

Bu hərbçilərə “general-mayor” rütbəsi verildi – SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Belə ki, Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Elmir Zülfüqar oğlu İbrahimova

polkovnik Arif Həsən oğlu Həsənova

polkovnik İslam Şixzadə oğlu Əmirağayevə

polkovnik Bilal İsmayıl oğlu Çompuzova

polkovnik İlqar Saab oğlu Qafarova.