29 Noyabr 2024 16:46

Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu

Azadsöz.az xəbər verir ki,Rusiyanın paytaxtı Moskvada iyunun 26-sı qeyri-iş günü elan edilib.

Bu barədə Moskva meri Sergey Sobyanin özünün rəsmi “Telegram” kanalında məlumat verib.

O, ölkədəki mürəkkəb vəziyyətlə əlaqədar iyunun 26-ı, yəni bazar ertəsi gününü qeyri-iş günü elan edib.
“Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”, – mer vurğulayıb.

Sobyanin şəhər xidmətlərinin yüksək hazırlıq rejimində işləyəcəyini diqqətə çatdırıb və paytaxt əhalisini küçəyə çıxmaqdan çəkinməyə çağırıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul