Azadsöz.az xəbər verir ki, xaricdə təhsil almış şəxslər üçün keçiriləcək imtahan təxirə salınıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİM tərəfindən 9 iyul 2023-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan təxirə salınıb.
İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.