Azadsöz.az xəbər verir ki, “Rosselxoznadzor” Rusiya Federasiyasının iki müəssisəsinin quş əti məhsullarının Azərbaycana ixracını dayandırıb.
Bu barədə Azərbaycan tərəfi “Rosselxoznadzor”a müraciət ünvanlayıb.
Məlumata görə, Indyuşkin Dvor şirkətinin və Blaqodarnenski ət və quşçuluq zavodunun məhsullarında salmonella aşkar edilib.
Azərbaycan tərəfinin xəbərdarlığından sonra “Rosselxoznadzor” təqdim edilən faktlar üzrə araşdırma aparacaq.